ABŞ Ukraynada Rusiyanı cilovlaya biləcək silahlı qüvvələr yaratmağa söz verir


Pentaqonun rəhbəri Lloyd Ostin Vladimir Zelenski ilə birgə çıxışı zamanı Ukraynada gələcəkdə Rusiyanı cilovlaya biləcək silahlı qüvvələr yaratmağa söz verib.


Amerikanın müdafiə naziri vurğulayıb ki, Vaşinqton Kiyevə cəbhədə uğur qazanmağa kömək etməkdə qərarlıdır. O qeyd edib ki, ABŞ müttəfiqləri ilə birlikdə Ukrayna ordusunun döyüş əməliyyatları aparmaq imkanlarını genişləndirmək və möhkəmləndirmək niyyətindədir.

Ostin əlavə edib ki, ABŞ-ın dəstəyi dəyişməz olaraq qalır. “Biz Rusiyanı gələcək təcavüzdən, o cümlədən NATO müttəfiqlərimizə qarşı təcavüzdən çəkindirməkdə qətiyyətliyik” - deyə o qeyd edib.

Pentaqon rəhbəri vurğulayıb ki, Ukrayna təkcə ABŞ üçün deyil, ümumən XXI əsrdə qlobal təhlükəsizlik üçün də böyük əhəmiyyət kəsb edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu