Yaponiya gəmiçilik şirkətləri Qırmızı dənizdəki hücumlardan sonra marşrutlarını dəyişir


Yəmən husilərinin Qırmızı dənizdə ticarət gəmilərinə qarşı son hücumlarından sonra Yaponiyadakı dəniz şirkətləri marşrutlarını dəyişir.



Yəməndə husilərin hücumları Aralıq dənizini Qırmızı dənizə birləşdirən və dünya ticarətinin 12 faizinin keçdiyi Süveyş kanalından keçidi təhlükə altına qoyur.

Yaponiyanın dövlət televiziyası NHK-nın xəbərinə görə, “Nippon Yusen” və “Mitsui OSK Lines” şirkətləri Avropaya yola düşən və gələn nəqliyyat gəmilərinin marşrutunu dəyişib.

Marşrutun dəyişdirilməsinin Husilərin İsraillə əlaqəli gəmiləri hədəfə alması ehtimalı ilə edildiyi və gəmilərin Cənubi Afrikadakı Ümid burnuna yönəldildiyi bildirilib.

Milli mediada Kawasaki Kisen Kaisha və Ocean Network Express şirkətlərinin də husilərin hücumları səbəbilə daşıma marşrutlarını dəyişdiyi bildirilib.

Yeni marşrutların çatdırılmada gecikmələrə və nəqliyyat xərclərinə səbəb olacağı faktı onların qlobal iqtisadiyyatda təchizat zənciri böhranına səbəb ola biləcəyi ilə bağlı narahatlıqları artırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu