Şri-Lanka rus və ukraynalı turistlərin vizalarını uzatmayacaq


Şri-Lanka hakimiyyəti ruslar və ukraynalılar üçün uzunmüddətli turist vizalarını uzatmamaq qərarına gəlib.



Bu barədə AFP ölkənin miqrasiya xidmətinin baş komissarı Harşa İlukpitiyaya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, uçuşlarla bağlı vəziyyət yaxşılaşıb, ona görə də turistlər evlərinə qayıda bilərlər. Buna görə də belə vizası olan insanlar martın 7-dən əvvəl Şri-Lankanı tərk etməlidirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu