İsrailə hücumdan sonra İranın əsas hava limanlarına uçuşlar dayandırılıb


İsrailə raket və dron hücumundan sonra təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən İranın əsas hava limanlarına və oradan uçuşlar aprelin 15-i səhər saat 6-ya qədər dayandırılıb.


AFN.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. İran Hava Limanları və Hava Naviqasiya İdarəsi Şirkətinin sözçüsü Rza Karqar ISNA-ya bildirib ki, Tehran, İsfahan, Şiraz, Buşehr, İlam, Sənəndəc, Təbriz, Ərdəbil, Urmiya, Kirmanşah, Həmədan, Xürrəmabad, Əhvaz, Abadan da daxil olmaqla, demək olar ki, bütün hava limanlarından uçuşların təxirə salınması barədə məlumat verilib.

Beynəlxalq Hava Limanının baş direktoru bildirib ki, xəbərdarlığın müddəti uzadılacağı təqdirdə uçuşlar ləğv edilməyə davam edəcək: "Xəbərdarlıq uzadılmadığı təqdirdə uçuşlar bərpa olunacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu