Avstraliyada əsgər kazarmasında uran tapılıb


Avstraliyanın Sidney şəhərindəki Holsworthy kazarmasında əsgər otağına baxış zamanı uran aşkarlanıb.



Avstraliya Yayım Korporasiyasının (ABC) xəbərinə görə, mövzu ilə bağlı Müdafiə Nazirliyindən açıqlama verilib.

Açıqlamada Holsworthy kazarmasında tapılan potensial təhlükəli maddənin oradan çıxarıldığı və maddənin ordunun fəaliyyəti ilə bağlı olmadığı vurğulanıb.

Aşkarlanan az miqdarda uranla bağlı təhlükəsizlik tədbirlərinin təmin edildiyini və hərbçilərin sözügedən maddəni internet üzərindən satın aldığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu