Dubayda insanlara hava limanına getməmək barədə xəbərdarlıq edildi


Birləşmiş Ərəb Əmirliklərində həyata mənfi təsir göstərən şiddətli yağışlar səbəbindən Emirates Hava Yolları aprelin 18-i gecə yarısına qədər Dubaydan uçuşları dayandırdığını açıqlayıb.



Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmi agentliyi olan WAM-da yer alan xəbərə görə, Dubaydakı hava limanları sərnişinlərdən həddindən artıq zərurət halları xaricində hava limanına getməmələrini istəyib.

Açıqlamada uçuş cədvəlində gecikmələrin və bir sıra uçuş marşrutlarında mütəmadi dəyişikliklərin olduğu, sərnişinlərin uçuş statusu ilə bağlı son yeniliklər üçün birbaşa aviaşirkətlərlə əlaqə saxlamalıarı istənilib.

Emirates Hava Yolları əlverişsiz hava və yol şəraitindən yaranan əməliyyat çətinlikləri səbəbindən bu gün səhər saat 08:00-dan sabah gecə yarısına qədər Dubaydan səyahət əməliyyatlarını dayandırdığını açıqlayıb.

Şirkət Dubaya gələnlər və tranzit sərnişinlər üçün əməliyyatların davam etdiyini açıqlayıb.

Ötən gün BƏƏ-nin müxtəlif bölgələrində, xüsusilə Əbu-Dabi və Dubay şəhərlərində yağan güclü yağış həyata mənfi təsir edib.

Yağış səbəbindən daşqınlar baş verərkən, bəzi avtomobillər küçə və prospektlərdə su altında qalıb.

BƏƏ-nin hava yolu şirkətlərindən biri olan Fly Dubai əlverişsiz hava şəraiti səbəbindən bəzi reyslərini ləğv edib, bir çox reysləri də təxirə salıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu