Koronavirusun yeni ştamı ilə bağlı qorxunc faktlar


Rusiya və Çin alimləri koronavirus mutasiyalarının mexanizmlərini birgə tədqiq edərək, insanın hansı orqanında virusun yeni ştamının yarandığını müəyyən ediblər.



Bu tapıntılar Journal of Medical Virology jurnalında dərc olunan məqalədə öz əksini tapıb.

Araşdırma zamanı müəyyən edilib ki, yeni ştamlar əsasən bağırsaq və ağciyərlərdə yaranıb:

“Bu orqanlarda baş verən proseslər nəticəsində yeni mutasiyalar əmələ gəlir. Tədqiqat müəyyən edib ki, COVID-19 tənəffüs problemləri ilə əlaqəli olsa da, virus bağırsaqda immun müdafiədən yayınmağa meyllidir. Orada uzun müddət qala bilir və COVİD kimi tanınan xroniki iltihablı prosesə səbəb olur. Bu dövrdə virusu daha uyğunlaşan və yoluxucu edən mutasiyalar meydana gələ bilər. Alimlər virusun müxtəlif ştamlarının genomunun insan hüceyrələrində mikroRNT ilə qarşılıqlı təsirini tədqiq ediblər. MikroRNT-lər genlərə təsir edə bilən molekullardır".//
Musavat.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu