Qənirə Paşayeva bağçada uşaqların döyülməsi məsələsini MM-də qaldırıb

Xəbərin çap versiyası
Tarix: 12-06-2018, 18:42    |    Xəbər oxunub: 799 dəfə
Qənirə Paşayeva bağçada uşaqların döyülməsi məsələsini MM-də qaldırıb


Millət vəkili Qənirə Paşayeva "Təhsil haqqında Azərbaycan Respublikası Qanunu"nda dəyişikliklərin edilməsi barədə qanunun müzakirəsi zamanı ötən gün sosial mediada özəl uşaq bağçasında-mərkəzində baş verən dəhşətli görüntülərin yayılması və bütün cəmiyyətdə, özəlliklə uşaqlarını bağçalara göndərən ailələr arasında ciddi narahatçılıq olması barədə danışıb.

AFN xəbər verir ki, o, "bu cür psixoloji vəziyyəti olan şəxslərin təhsil müəssisələrində çalışmalarına imkan verilməməlidir" deyə vurğulayıb və qanuna edilən yeni dəyişiklikdə təhsil müəssisələrində psixoloji xidmətin təşkil olunması maddəsini dəstəkləyib. Millər vəkili bildirib ki, bu psixoloji xidmət tək uşaqlar üçün deyil, məktəb və məktəbəqədər təhsil müəssisələrində çalışanları da əhatə etməlidir: "Məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında nevrozların, aqressiv halların, intihar meylliliyin artmasının qarşısını almaq və bu halların azalmasına nail olmaq üçün məktəbəqədər müəssisələrimizdə və məktəblərimizdə psixoloji xidmət ciddi şəkildə təmin olunmalıdır və bu qanuna edilən yeni dəyişikliyi dəstəkləyirik və bu işin həyata keçirilməsi üçün peşəkar kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilməlidir".
Q.Paşayeva valideynlərin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların məktəbə qəbul edilməsi və valideynlərin arzusu ilə təhsil müəssisəsinə xüsusi istedadlı uşaqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilməsi əlavəsini dəstəklədiyini deyib və bu dəyişiklikliyin yüzlərlə ailənin narahatçılığına son qoymaqla yanaşı, bununla bağlı ortaya çıxan subyektiv halların, xoşagəlməz halların aradan qaldırılmasına da kömək edəcəyini deyib. "Olimpiada qaliblərinin və beynəlxalq səviyyədə akkreditə olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə testdən kənar , müsabiqədən kənar qəbul olunurlar" maddəsinin qanuna edilən əlavə və dəyişikliklərdə öz əksini tapmasının cəmiyyətdə birmənalı qarşılanmayacağını, bu halların subyektiv məqamlara yol aça biləcəyinə dair narahatlığa səbəb ola biləcəyini nəzərə alaraq, bu istiqamətdə daha geniş müzakirələrə ehtiyac olduğunu deyib. Qanun layihəsində bir çox vacib məsələləri dəstəklədiyini deyən millət vəkili Q.Paşayeva narahatlıq doğura biləcək halların olmamasının çox vacibliyini xüsusi vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyədə qəzaya uğrayan gəminin xilasedici qayığı tapılıb-

Türkiyədə qəzaya uğrayan gəminin xilasedici qayığı tapılıb- Meyitin şəxsiyyəti müəyyən olunub+Yenilənib

"İranlı şairənin inqilabı"- Mərahim Nəsib yazır

Prezident Şəhidlər Xiyabanını ziyarət edib

Prezident Şəhidlər Xiyabanını ziyarət edib

Bakıda yaşayış binasında yanğın:

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyyə edilib

20 Yanvar faciəsindən 29 il ötür

20 Yanvar faciəsindən 29 il ötür

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

Azərbaycanda təcavüz qalmaqalı:

Azərbaycanda təcavüz qalmaqalı: Hakimdən bəraət, prokuror şikayətçidir-Təfərrüat

Dövlət Komitəsində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib-

Dövlət Komitəsində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib- FOTOLAR

Bakıda narkotik satan mütəşəkkil şəbəkə ifşa edilib-

Bakıda narkotik satan mütəşəkkil şəbəkə ifşa edilib- FOTOLAR

Bakıda müxalifətin mitinqi başlayıb

Bakıda müxalifətin mitinqi başlayıb

Ümumxalq hüzn günü münasibəti ilə qanvermə aksiyası keçirilib-

Ümumxalq hüzn günü münasibəti ilə qanvermə aksiyası keçirilib- FOTOLAR

İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb-

İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur