Gəncə hadisələrini törətməkdə şübhəli bilinən iki nəfər axtarışa verildi- FOTO

Xəbərin çap versiyası
Tarix: 11-07-2018, 10:19    |    Xəbər oxunub: 910 dəfə
Gəncə hadisələrini törətməkdə şübhəli bilinən iki nəfər axtarışa verildi-


İyulun 10-da Gəncədə qanlı cinayət törətməkdə şübhəli bilinən iki nəfər axtarılır.

Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətindən yayılan birgə məlumatda deyilir ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib və onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.

Eyni zamanda, fotoşəkilləri təqdim edilmiş həmin şəxslərin gizləndikləri yeri bilən vətəndaşlardan bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə, habelə Bakı şəhərində (012) 590-93-31; (012) 590-94-31; (012) 492-73-96, Gəncə şəhərində (012) 590-61-14; (012) 590-61-15; 256-07-73; 256-75-09 telefon nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur.

Gəncə hadisələrini törətməkdə şübhəli bilinən iki nəfər axtarışa verildi-


Böyükkişiyev Rəşad Məmmədəli oğlu

Gəncə hadisələrini törətməkdə şübhəli bilinən iki nəfər axtarışa verildi-


Qasımov Fərrux Xəqani oğl
u




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Ermənistanın öz adından qondarma “dqr”ə aid məktub yollaması ilk dəfə deyil-

Ermənistanın öz adından qondarma “dqr”ə aid məktub yollaması ilk dəfə deyil- ekspert

Ərdoğan Putinə zəng etdi

Ərdoğan Putinə zəng etdi

"Bandotdel"in tutduğu "bariqalar"larla səmimi fotosu yayılan polisləri Vilayət Eyvazov CƏZALANDIRDI - FOTO

Növbəti tender müəmması:

Növbəti tender müəmması: yayın cırhacırında "bahar satınalması"...

Fransa Azərbaycana yeni səfir təyin etdi

Fransa Azərbaycana yeni səfir təyin etdi

Sabah hava bir qədər sərin olacaq

Sabah hava bir qədər sərin olacaq

Səfir: “Hökumətin verdiyi son qərar tamamilə Hindistanın yenidən qurulmasının daxili məsələsidir”

Səfir: “Hökumətin verdiyi son qərar tamamilə Hindistanın yenidən qurulmasının daxili məsələsidir”

Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib -

Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib - VİDEO

Biznesə başlama üzrə İcra və Kommunikasiya Planı müzakirə olunub

Biznesə başlama üzrə İcra və Kommunikasiya Planı müzakirə olunub

Paytaxtın küçə və prospektlərində yol nişanları yenilənir

Paytaxtın küçə və prospektlərində yol nişanları yenilənir

Qayınatasını döyən beşqat dünya çempionumuz hakim qarşısına çıxarıldı

Qayınatasını döyən beşqat dünya çempionumuz hakim qarşısına çıxarıldı

Əliyev və Paşinyanın operativ əlaqəsi iflic olub -

Əliyev və Paşinyanın operativ əlaqəsi iflic olub - TƏHLİL

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur