Mənim evimdən Səyavuş Novruzova nə?!..


Mənim evimdən Səyavuş Novruzova nə?!..


Dünəndən tüstüm təpəmdən çıxır. "Jurnalistlərə ev verilib, Orduxana cavab versinlər", deyir YAP yetkilisi, deputat Səyavuş Novruzov. Bunu tək o demir. Bizə bu evə görə çoxu çox söz dedi. Bir onu anlaya bilmirəm ki, mənim evindən Səyavuş Novruzova nə?!..

Adama ömründə bir dəfə sual da verməmişəm ki, dövlətin və Prezidentin sənə qazandırdıqlarının qarşısında hansı işi görmüsünüz müəllim?

Qaldı bu fikirləri səsləndirən digər deputat və məmur "ordusuna". Hə qardaşlar, yaxın oturun sizə sözüm var:

- Sizin dövlətdən oğurladığınız, yediyiniz, qazandığınız, ört-basdır edilən cinayətləriniz, övladlarınızın məlum əməlləri, fırıldaqlarınız, ədalətsizlikləriniz, insanlara divan tutmaqlığınız olmasaydı, indi bu durum yaranmazdı. Heç orduxanlar da olmazdı. Əvvəlcə dövlətə və Prezidentə olan borcunuzu bir zəhmət sizlər ödəyin. Onsuz da bircə ovuc qalan media adamları dövlətinin də, onun siyasi siması olan indiki Prezidentin də, proseslərin də bacardıqıları qədər təəssübündədir. Öz dərdinizi çəkin, balanslı canınıza nəhayət ki, bir azca əziyyət verin. Qazandıqlarınızın qarşılığında nəsə edin, mərd olun. Ölkənin gerçək media adamları, satılmayan, oğru olmayan, cibgirlik bacarmayan, dövlət, vətən, vətəndaş sevgisi olan jurnalistlər onsuz da ağılları kəsəndən cibləri boş, dövlət deyə-dəyə qocalıblar..

Söyməyə gəlincə, ümumiyyətlə, bu normal insan işi deyil? Yox əgər soymək istəyirsə, qoy Səyavuş Novruzov özü söysün. Nə də olsa mənim etdiklərim sevgidən və sayğıdan olub. Maddi olaraq hər hansı qarşılıq görməmişəm və istəməmişəm. Amma elə Səyavuş Novruzov daxil, yüzlərlə “dövlət adamı” var ki, addımına görə də ödəniş alıb dövlətdən. O üzdən əslində "söy ki, söyənsən" layihəsinə start vermək gərəkdirsə, bunu birinci parlamentdə Novruzov tipli deputatlar edə gərək. Hadi bismillah, görək sizləri də, bircə dəfə ağzınız açıb elə danışasınız ki, sizi Orduxan yox, ictimai rəy söyməsin, alqışlasın.

Bu dövlətin bir problemi də elə sizlərsiniz, vəziyyət yaranada ağzınızın açılmasındansa, açlmaması məsləhət olan adamlar...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45