Taylandda tikintilən yol çökdü: 2 ölü, 13 yaralı var


Tailandda tikintisi davam edən 500 metr uzunluğundakı yuxarı magistralın çökməsi nəticəsində 2 nəfər həyatını itirib, 13 nəfər yaralanıb.


Hadisə paytaxt Banqkokun Lad Krabang rayonunda bu gün axşam saatlarında 500 metrlik blok üst yol bağlantısının tikintisində qəflətən baş verib. Nəticədə aşağı yolla keçən avtomobillərin bir hissəsi beton blokun altında qalıb, qəzada 2 nəfər həyatını itirib.

Ölənlərdən birinin qəzanın baş verdiyi tikintidən məsul mühəndis olduğu öyrənilib.

Xəsarət alan 13 nəfər xəstəxanaya aparılarkən, çökmənin baş verdiyi yol yoxlama üçün nəqliyyatın hərəkətinə tamamilə bağlanıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu