ABŞ-da itkin düşən 23 xizəkçi tapılıb


ABŞ-ın üçdə ikisini əhatə edən arktik soyuqda itkin düşən 23 xizəkçi, o cümlədən 6 uşaq sağ-salamat tapılıb.


ABŞ-ın şərq və mərkəzi ştatlarına təsir edən qütb soyuqluğu davam edərkən, yanvarın 20-də Vermont ştatında xizək sürmək üçün dağlıq bölgəyə gedən və sonradan xəbər olmayan 6-sı uşaq olmaqla 23 nəfər sağ-salamat tapılıb.

Dünən verdiyi açıqlamada polis altı uşaq olmaqla cəmi 21 nəfərin itkin düşdüyünü müəyyən etdiyini, daha sonra 2 xizəkçinin də itkin düşdüyünə dair xəbər aldıqlarını və göstərilən səylər nəticəsində cəmi 23 nəfər sağ-salamat xilas edildiyini açıqlayıb.

Polis, mənfi dərəcələrə çatan hava şəraiti ilə əlaqədar xəbərdarlıq da yayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu