Gürcüstanda atış poliqonunda baş vermiş partlayışda 2 nəfər ölüb


Gürcüstanın paytaxtı Tbilisidə silah mağazasına məxsus qapalı atış poliqonunda baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.


Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatına görə, Tbilisidə fəaliyyət göstərən “Battleground” silah mağazasının atış poliqonunda mənşəyi məlum olmayan partlayış olub.

Boçorma küçəsindəki binada baş verən partlayışda 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu