İtaliyalı futbolçu “Beşiktaş”a keçməkdən imtina etdi
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, indi 30 yaşlı futbolçu “Qalatasaray”la danışıqlara başlayıb.
Hazırda Moskvanın “Spartak” klubunda çıxış edən müdafiəçi, qeyri-rəsmi məlumatlara görə, illik 2 milyon avro maaş alır. “Qalatasaray” ona 2,5 milyon avro əməkhaqqı söz verir.
Nüfuzlu transfermarkt.de portalında oyunçunun transfer dəyəri 5 milyon avro həcmində qiymətləndirilir. Bununla belə, “Qalatasaray” Moskva klubuna italiyalı futbolçuya görə cəmi 2,9 milyon avro təklif edib.