Email ünvanını deyin, cənab baş katib


Email ünvanını deyin, cənab baş katib


Amal ABUŞOV

AFFA-nın baş katibi Elxan Məmmədov qurumun bu gün keçirilən Hesabat Konfransında "danışılmış oyunlar”dan və onlarla apardıqları mübarizədən danışıb. Haqlı olaraq bu cür oyunları virusa bənzədib. Obrazlı ifadəni də düzgün seçib, yerində işlədib: "Biz bu virusu məhz etməsək, vurus bizim axrımıza çıxacaq”.

Mən cənab Məmmədovla ikiəlli razıyam. Təəssüflər olsun ki, səhəttimdə ciddi problemlər olduğu üçün bu günkü konfransa gələ bilmədim. Yoxsa orda öz təşəkkürümü ona çatdırar, razılığımı şəxsən bildirərdim. Amma bir məqam məni xəstə yatağımdan qalxmağa, bu sətirləri yazmağa vadar etdi. Bu da bilavasitə elə Elxan bəyin çıxışı ilə bağlıdı. Baş katib deyib ki, onlara "danışılmış oyunlar”la bağlı məlumat vermək istəyənlər üçün anonim email açıblar.

Sitat: "Kimdə məlumat varsa, ora yazsın. Şübhəli məqamlarla bağlı məlumatı olanlar bunu yazmırlarsa, özləri də iştirakçıya çevrilirlər”.

Öz üzərimə düşəni bir vətəndaş və idman jurnalisti kimi etmək mənim mənəvi borcumdu. Ona görə də yataqdan mütləq qaxlmalıydım. Bir də ki, sabah, ya o biri gün Elxan Məmmədov məni iştirakçı adlandırmasın deyə ilk addımı atıram. Amma pis odu ki, cənab Məmmədov email ünvanını açıq deməyib, ona görə də bu sətirləri hara göndərəcəyimi bilmirəm. Hələlik burda yazıram. Ümid edirəm ki, çatacaq.

Hörmətli Elxan bəy, 2009-cu ilin sentyabrında siz futbolla maraqlanmağa təzə başlamışdız. Ona görə də xatırlamaya bilərsiz. Türkiyə futbolunda qiyamət qopmuşdu. TFF Super Liqada uğurlu çıxışı ilə diqqət çəkən "Ankaraspor”u elitadan aşağı diviziona göndərdi. Bu klubla yanaşı "Ankaragücü”nün prezidenti Ahmet Göçəyə (Melih Göçeyin oğluna) 6 ay futboldan uzaqlaşdırma cəzası verdi. Səbəb çox sadə idi. İki klub arasında təmiz idman rəqabətini əngəlləyəcək əlaqələr aşkarlanmışdı. TFF Super Liqada təmiz mübarizə getdiyini isbatlamalı, iki komandadan birini çempionatdan uzaqlaşdırmalı idi. Şübhələr araşdırılmış, çempionatın və TFF-nin sağlam imici qorunmuşdu. UEFA və FİFA-nın da qaydaları bunu tələb edir. Eyni yerdə "qidalanan" və idarə olun iki klub bir turnirdə mübarizə apara bilməzlər.

Mən və mənim kimi çoxları Azərbaycan Premyer Liqasındakı rəqabətin şəffaflığından, klubların arasında əlaqələrin olmasından şübhələnirik. "Sumqayıt”ın prezidenti bir saat əvvəl istefa vermiş "Neftçi”nin prezidentinin yerinə gətirilir. Özü də həm Kamran Quliyev, həm də Orxan Hüseynzadə AFFA-nın kadrı kimi tanınır. "Keşlə”ni idarə edənlər də AFFA-dan göndırilən Zaur Axundovla Rəmiş Malıyevdi. "Kəpəz”də "vəziyyətə” nəzarət edən Mikayıl Nərimanoğlunın fırıdaqlarının üstü açıldı. Onu İslam Abbasov əvəzlədi. Hər ikisi AFFA-da çalışanlardı. Biri sözçü, digəri inzibatçı. "Səbail”lə bağlı da vəziyyət göz qabağındadı.

Elitada mübarizə aparan səkkiz klubdan beşinin "ipləri”nin bilavasitə AFFA-nın əlində olmasına dair əsaslı faktlar var. Birinci divizionla bağlı durum da fərqli deyil. "Zaqatala”, "Turan Tovuz”, "Mil Muğan” futbolçularına maaşı bilavasitə AFFA-dan aldığı pulla ödəyir. Yəni, bu üç klub da "yuxarı”da olduğu kimi "süd qardaşı”dırlar. Kim sübut edə bilər ki, bu "qardaşlar”ın yarışdığı çempionatlarda oyunlar danışılmır, nəticələr əvvəlcədən razılaşdırılmır?

Bilirəm, bu gün yorğunsuz. Konfransa görə yuxudan erkən qalxmısız, hazırlaşmısız. Email ünvanını sabah açıqlayın, bu yazını ora göndərəcəm...(qaynarinfo.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45