Bakıda növbəti Formula 1 ilə bağlı son vəziyyət açıqlandı

Xəbərin çap versiyası
Tarix: 3-12-2018, 13:10    |    Xəbər oxunub: 515 dəfə
Bakıda növbəti Formula 1 ilə bağlı son vəziyyət açıqlandı


Bakıda 2019-cu il 26-28 apreldə keçiriləcək Formula 1 Qran Prisinə əvvəlki yarışlardan daha böyük maraq var.



Bunu Trend-ə Bakı Şəhər Halqasının (BŞH) Marketinq və kKommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, Azərbaycan Qran Prisinə maraq ilbəil artır. 2018-ci il Qran Prisində xarici tamaşaçılara əvvəlki yarışla müqayisədə 30 faiz çox bilet satılıb:

"Ümumilikdə isə Bakıda keçirilən ilk Formula 1 ilə indiyə qədər olan müddət ərzində xaricilərə bilet satışı 3 dəfə artıb. Bundan əlavə, 2017-ci ildə 65 ölkədən bilet alınmışdısa, 2018-ci ildə bu göstərici 78-ə çatıb. Yəni Formula 1 Azərbaycan Qran Prisini izləmək üçün Bakıya gələnlərin coğrafiyası çox genişdir. Paytaxtımızdakı yarışa həmişəki kimi Rusiya, Böyük Britaniya və Ukraynadan daha çox maraq göstərirlər. Həmçinin Niderland, Almaniya, ABŞ, eləcə də Yaxın Şərq ölkələri, xüsusən Birləşmiş Ərəb Əmirliklərindən böyük maraq var. Qarşıdakı Qran Pri üçün isə bilet satışının əvvəlki yarışlara nisbətən daha çox, bilet alan əcnəbilərin coğrafiyasının da daha geniş olacağı gözlənilir”.

Şöbə müdiri qeyd edib ki, hazırda bilet satışında endirim kampaniyası davam edir: "Biletlər həm xarici ölkələrin, həm də Azərbaycan vətəndaşları üçün 20 faiz endirimlə satılır. Bununla yanaşı, Azərbaycan vətəndaşları üçün əlavə 25 faizlik endirim də var”.

N.Arpadarai vurğulayıb ki, tribunaların sayı, eləcə də biletlərin kateqoriyaları dəyişməyib: "Əvvəllər olduğu kimi, yenə də 1 və 4 günlük, eləcə də ayaqüstü izləmək üçün və tribunalara, həmçinin korporativ müştərilər üçün nəzərdə tutulmuş ayrıca məkanlara biletlər var".

BŞH rəsmisi Bakıda keçiriləcək Formula 1 ilə bağlı bütün işlərin qrafikə uyğun getdiyini bildirib. Onun sözlərinə görə, tezliklə Hökumət Evinin qarşısında Pit binasının quraşdırılmasına başlanılacaq. Gələn il isə yolların kənarında təhlükəsizlik maneələrinin qoyulması, tribunaların quraşdırılması üzrə işlər görüləcək.

N.Arpadarai növbəti ildə də Formula 1 çərçivəsində dünya ulduzlarının konsert proqramlarının təşkil olunacağını diqqətə çatdırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

“Nar” Azərbaycanda yaşıl enerji və aqrar texnologiyaların tətbiqini dəstəkləyir

“Nar” Azərbaycanda yaşıl enerji və aqrar texnologiyaların tətbiqini dəstəkləyir

Sonuncu hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı açıqlandı

Sonuncu hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı açıqlandı

Əli Həsənov Nazirlər Kabinetində iclas keçirdi

Əli Həsənov Nazirlər Kabinetində iclas keçirdi

Qurban Qurbanov AFFA-nın təzminatından imtina etdi

Qurban Qurbanov AFFA-nın təzminatından imtina etdi

Bakıda güclü külək gözlənilir-

Bakıda güclü külək gözlənilir- XƏBƏRDARLIQ

Dövlət himni ilə bağlı qadağa

Dövlət himni ilə bağlı qadağa

Erməni terrorçu Gəncədə hakim qarşısında

Erməni terrorçu Gəncədə hakim qarşısında

Büdcə kəsirinin yarısını gömrük örtəcək-

Büdcə kəsirinin yarısını gömrük örtəcək- İllik proqnoz 11 ayda icra olundu (Təhlil)

Məşhur müğənninin nəvəsi Bakıda arvadını 5-ci mərtəbədən atıb öldürüb-

Məşhur müğənninin nəvəsi Bakıda arvadını 5-ci mərtəbədən atıb öldürüb- VİDEO+FOTOLAR

Sabah bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Sabah bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Taksidə siqaret çəkənlər cərimələnəcəklər-

Taksidə siqaret çəkənlər cərimələnəcəklər- Qanun qüvvəyə mindi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur