Azərbaycanda qızıl hasilatçısı Qarabağda qiymətləndirmə işləri aparacaq


Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində və Dağlıq Qarabağda yerləşən üç bərpa olunmuş müqavilə sahələri üzrə qiymətləndirmə işləri aparacaq.



“Report” xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

Bildirilir ki, şirkətin üç müqavilə sahəsi bərpa edilib. Bura Kəlbəcər rayonunda yerləşən “Söyüdlü” (Zod), Dağlıq Qarabağdakı “Qızılbulaq” və Zəngilan rayonundakı “Vejnəli” yataqlarıdır.

Şirkət Azərbaycan hökumətindən giriş icazəsi alındıqdan sonra bərpa edilmiş üç müqavilə sahəsinin potensialını tam qiymətləndirəcək. Bərpa olunmuş üç müqavilə sahəsi ilə bağlı məhsulun pay bölgüsü sazişində giriş icazə verildikdən sonra müddət “sıfırlanacaq".

Keçmişdə işğal olunmuş ərazilərdəki iki müqavilə sahəsi tamamilə Azərbaycan hökumətinin nəzarəti altındadır.

Ermənilərin işğalı zamanı hər üç müqavilə sahəsindəki mədənlərin istismarı qanunsuz olaraq həyata keçirilib.

Xatırladaq ki, “Söyüdlü” - Zod qızıl və gümüş mədəni Qafqaz bölgəsindəki ən böyük yataqdır və münaqişədən əvvəl ildə təxminən 120 000 unsiya qızıl istehsal edilib. “Qızılbulaq” yatağı isə mis və molibden mədəninə ev sahibliyi edən Kaşan yatağının yeridir. “Vejnəli” yatağında mədən işləri aparılıb, lakin mövcud vəziyyət məlum deyil.

Məlumatda deyilir ki, həm mövcud mədənlərin yaxınlığında, həm də bərpa edilmiş müqavilə sahələrində məlum olan geoloji tendensiyalara əsasən çox böyük bir axtarış potensialı mövcuddur.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu