Rusiya vətəndaşlarının dollar və avro alqı-satqısı məhdudlaşdırıldı


Ən böyük kriptovalyuta birjası "Binance" Rusiya vətəndaşlarının, eləcə də milliyyətindən asılı olmayaraq Rusiyada yaşayan bütün fiziki şəxslərin P2P platformasında dollar və avro alqı-satqısına girişini bloklayıb.


AFN.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə birjanın müştəriləri bildiriblər. "Aİ-nin Rusiyaya qarşı 10-cu məhdudlaşdırıcı tədbirlər paketinin tələblərinə əsasən vətəndaşlığından asılı olmayaraq Rusiyada yaşayan fiziki şəxslərin "Binance" P2P platformasında ABŞ dolları və avro alqı-satqısına girişi qadağan ediləcək", - deyə bildirilir.

Birja həmçinin Aİ vətəndaşlarının rubl alqı-satqısına girişi bağlayır. P2P-dən istifadə etməyə davam etmək üçün "Binance" digər mövcud ödəniş üsullarını seçməyi tövsiyə edib.

Bundan əvvəl Aİ-nin Rusiyaya qarşı beşinci məhdudlaşdırıcı tədbirləri paketinə uyğun olaraq, "Binance" əvvəllər Rusiyada yaşayan rusların və fiziki şəxslərin, habelə Rusiyada qeydiyyatdan keçmiş, kriptovalyuta aktivlərinin balansı 10.000 avro ekvivalentindən artıq olan hüquqi şəxslərin hesablarına məhdudiyyətlər tətbiq edib.

"Binance" dünyanın ən böyük kriptovalyuta birjalarından biridir. Birjada gündəlik ticarət həcmi 40 milyard dollara yaxındır. Son aylarda Rusiya vətəndaşlarının kriptovalyuta birjalarında irihəcmli əməliyyatlarının sürətlə artması müşahidə olunurdu. ABŞ Maliyyə Nazirliyi bu əməliyyatların Rusiya hakimiyyətinin sanksiyalardan yayınma vasitəsi olmasına dair narahatlıqlarını açıqlamışdı. Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 10-cu sanksiya paketində belə əməliyyatlar qadağan olunur. Virtual olmasına rəğmən, Binance-nin bu qadağaları nəzərə almaması mümkün deyil,çünki əsas iştirakçıları məhz Qərb ölkələrinə məxsus fiziki və hüquqi şəxslərdir. Böyük ehtimalla, "Binance"dən sonra digər kritpovalyuta birjaları da analoji addım atacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu