Nigeriya kriptovalyuta birjası "Binance"ı vergidən yayınmaqda ittiham edib


Nigeriya hökuməti dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"ı vergidən yayınmaqda ittiham edib.



Nigeriya Federal Daxili Gəlir Xidmətinin (FIRS) verdiyi açıqlamada kriptovalyuta sektorunda vergi qaydalarına riayət etmək və maliyyə uyğunsuzluğu ilə mübarizə əzminin davam etdiyi bildirilib.

Açıqlamada FIRS-in paytaxt Abucadakı Yüksək Məhkəmədə "Binance"a qarşı vergidən yayınma ittihamı irəli sürdüyü qeyd edilib.

"Binance" vergi ödəməməkdə, vergi bəyannamələrini təqdim etməməkdə, platforma istifadəçilərinə vergidən yayınmağa kömək etməkdə və ölkədə qeydiyyat olmadan fəaliyyət göstərməkdə ittiham olunur.

Keçən ay Nigeriya hökuməti ölkədə qeyri-qanuni pul köçürmələrini və yerli valyuta nairanın devalvasiyasını dayandırmaq səyləri çərçivəsində "Binance"a girişi bloklayıb.

220 milyon əhalisi olan Afrikanın ən sıx məskunlaşdığı Nigeriyada yerli valyuta naira dollar qarşısında tarixində ən aşağı səviyyə düşüb.

Zəngin neft və təbii qaz ehtiyatlarına sahib olan Nigeriya iqtisadiyyatı gəlir bərabərsizliyi, Boko Haram və silahlı dəstə üzvlərinin hücumları kimi problemlərdən mənfi təsirlənir.

Ölkələrində iqtisadi böhran və təhlükəsizlik problemləri səbəbiylə çətin şəraitdə yaşayan bəzi nigeriyalılar daha yaxşı həyat ümidi ilə qeyri-qanuni yollarla Avropaya qaçmağa çalışırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu