"Binance" CEO-su ittihamları qəbul etdi - 4,3 milyard dollar cərimə ödəyəcək


Dünyanın ən böyük kriptovalyuta birjası Binance-in baş direktoru Çanqpenq Zhao çirkli pulların yuyulması ilə bağlı cinayət ittihamlarını boynuna alıb.



Bu, ABŞ Ədliyyə Nazirliyi ilə razılaşma çərçivəsində baş verib və nəticədə şirkət 4,3 milyard dollar cərimə ödəməli olacaq.

Zhao rəsmi olaraq günahını etiraf etmək üçün çərşənbə axşamı Seattle məhkəməsində iştirak edəcək. Açıqlanmış məhkəmə sənədlərinə görə, o və digərləri Bank sirri haqqında qanunu pozmaqda ittiham olunublar. Sənədlərdə həmçinin qanunla nəzərdə tutulmuş müvafiq nəzarət olmadan ABŞ bazarından mənfəət əldə etmək cəhdinin bir hissəsi kimi ABŞ-ın iqtisadi sanksiyalarının qəsdən pozulması da iddia edilir.

Bundan əlavə, Binance tənzimləyicilər tərəfindən qaldırılan mülki iddialara görə kompensasiya daxil olmaqla, ümumilikdə 4,3 milyard dollar məbləğində cərimə ödəməyə razı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu