"Avtokapital Azərbaycan" MMC-dən GLE və GLS-lə bağlı açıqlama


"Mercedes-Benz"in Azərbaycandakı rəsmi dileri AFN.az-da dərc edilən "Mercedes-Benz" GLE və GLS-i geri çağırır, Azərbaycandakı rəsmi diler isə xüsusi endirimlə satır" sərlövhəli yazı ilə bağlı mövqeyini açıqlayıb.


"Mercedes-Benz Group AG"nin Azərbaycandakı rəsmi nümayəndəliyi olan və diler mərkəzləri şəbəkəsini özündə birləşdirən "Avtokapital Azərbaycan" MMC-dən AFN.az-a daxil olan məlumatda bildirilir ki, Azərbaycanda satışı həyata keçirilən GLE və GLS modellərinin heç bir qüsuru yoxdur. "Bundan əlavə, haqqında bəhs etdiyiniz aksiyanın 2023-cü ilin dekabrından etibarən həyata keçirildiyini və mümkün istehsal xətası səbəbindən istehsalçının elan etdiyi geri çağırma prosesi ilə əlaqəli olmadığını diqqətinizə çatdırmağı özümüzə borc bilirik.
"Mercedes-Benz AG" avtomobil konserninin məhsullarının keyfiyyətinə daim nəzarət etdiyini nəzərə alaraq, "Avtokapital Azərbaycan" şirkəti "Mercedes-Benz AG"nin baş ofisindən aydınlaşdırma məktubu alıb. Məktubda hazırda satışı həyata keçirilən bütün avtomobillərin müştəriyə təhvil verilməzdən əvvəl istehsalçının proseduruna uyğun olaraq, müfəssəl "PDI - predelivery inspection" prosedurundan keçdiyi qeyd olunub" - deyə açıqlamada qeyd edilir.
Xatırladaq ki, "Mercedes-Benz" GLE və GLS-i geri çağırır, Azərbaycandakı rəsmi diler isə xüsusi endirimlə satır" sərlövhəli yazıda Almaniyanın "Mercedes-Benz" avtomobil şirkətinin mümkün yanğın riski səbəbilə dünya üzrə 11 mini Almaniyada olmaqla təxminən 341 min avtomobili geri çağırdığı, Azərbaycanda isə geri çağırılan modellərin endirimlə satıldığı qeyd edilib. Həmin yazı iləBURADAN tanış ola bilərsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu