Qardaş qardaşı qətlə yetirdi: paltaryuyanın səsinə görə


Türkiyənin paytaxtı Ankarada diqqətə səbəb olan qətl hadisəsi baş verib.


AFN.az xəbər verir ki, gecə paltaryuyan maşını işlətdiyi üçün qardaşlar arasında dava düşüb. Hadisə nəticəsində qardaş qardaşı qətlə yetirib. Anaları ilə birgə yaşayan Özgür və Baran Aldemir qardaşları arasında mübahisə davaya çevrildikdən sonra 28 yaşlı İT mühəndisi Baran Aldemir 42 yaşlı həkim qardaşı Özgür Aldemiri bıçaqlayaraq öldürüb. Baran Aldemir polis tərəfindən nəzarətə alınıb.

Özgür Aldemir bu gün dəfn edilib. Onun qatili olan qardaşı polisə verdiyi ifadəsində paltaryuyan maşını işə saldığı üçün səs-küy olduğunu, buna görə qardaşı ilə aralarında mübahisə yarandığını etiraf edib. "Aramızda mübahisə oldu. Mübahisə zamanı qardaşım mənə sillə vurdu. Sonradan özümü itirdim" - deyə o bildirib.

Qohumları və tanıyanları bildiriblər ki, qardaşlar mehriban və sakit olublar. Anaları onların arasındakı davaya müdaxilə etməyə çalışsa da, münaqişənin qarşısını ala bilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu