Sidneydə ticarət mərkəzində 6 nəfəri bıçaqlayaraq öldürənin kimliyi məlum olub


Avstraliyanın Sidney şəhərindəki "Westfield Bondi Junction" ticarət mərkəzində 6 nəfəri öldürən hücumçunun kimliyi məlum olub.



Ətrafındakı insanları böyük bıçaqla bıçaqlayan 40 yaşlı təcavüzkar Joel Kauçi beş qadın və bir kişi olmaqla altı nəfəri öldürdükdən sonra polis tərəfindən güllələnib. Hadisə zamanı bir körpə də daxil olmaqla bir neçə nəfər yaralanıb.

Səlahiyyətlilər hücumun çox güman ki, Kauçinin psixi sağlamlığı ilə əlaqəli olduğunu bildiriblər.

Yeni Cənubi Uelsin polis rəisi Karen Uebb Kauçinin xüsusi olaraq qadınları hədəf alıb-almaması sualına bunun istintaqın aspektlərindən biri olduğunu deyərək cavab verdi.

Bununla belə, Webb hücumun terror aktı və cinayətin ideoloji motivinin olmadığına inandığını bildirib.

Hadisə zamanı yaralanan 9 aylıq körpə qızın 38 yaşlı anası Eşli Qud da dünyasını dəyişib. Hadisə şahidləri bildiriblər ki, Qud hücumdan dərhal sonra körpəsini ətrafdakı insanlara verməyə çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu