Bakıda məşhur mağazadan 12 min manatlıq ətir oğurlanıb


Bakıda məşhur mağazadan oğurluq olub.


"Report"un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, martın 2-də Nəsimi rayonu ərazisindəki "Emporium" mağazasının anbarından 12 000 manat dəyərində ətir oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Qazax rayon sakini Vaqif Cəfərli, Bakı şəhər sakini İlkin Əsgərov və Göyçay rayon sakini Ruslan Mahmudlu tutulublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu