Relsləri oğurlayan Göygöl rayon sakini tutulub
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisindən 8 ədəd mis rels birləşdiricisi oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini Cahangir Novruzov tutulub.