Beyons 32 heykəlciklə Qremmi rekordunu qırdı


Amerikalı müğənni dünya şöhrətli müğənni Beyons bütün karyerası boyunca 32-ci Qremmi mükafatını alıb.


O, 65-ci Qremmi mükafatının təqdimetməsində laureat olmaqla bu mükafatın tarixində ən çox heykəlcik alan sənət adamı olub.

"Renessans" albomu və rəqs kateqoriyasında ən yaxşı olan Beyons kolleksiyasına 32-ci Qremmini əlavə edib. Sonuncu mərasim çərçivəsində Beyons doqquz kateqoriyada, o cümlədən əsas kateqoriyalardan biri - "İlin albomu" və "İlin rekordu" üzrə mükafatlandırılıb.

Beyonsdan əvvəl bu rekordun sahibi macar və britaniyalı dirijor Georq Solta aid idi. Onun 31 heykəlciyi var.

Qeyd edək ki, Qremmi musiqi sahəsində ən ali mükafatdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu