Qettolar nə üçün və harada yarandı?



İlk dəfə getto 1280-ci ildə Mərakeşdə yaranıb.

Belə ki, burda müsəlmanlar yəhudilərin onlardan ayrı yaşaması üçün küçələr ayırmışdı. İlk dəfə qetto terminindən isə 1516-cı ildə istifadə edildiyi güman edilir. Venetsiyada Kanareco əyaləti kanallar vasitəsilə təcrid edilmişdi. Həmin ərazi yəhudilərin yaşayışı üçün nəzərdə tutulurdu. 1555-ci ildə isə Roma Papası IV Pavel yəhudilər üçün xüsusi yaşayış yerlərinin yaradılmasını təsdiqləyir. Bununla da yəhudilər divarlarla əhatə olunmuş məhlədə yaşamalı olurlar. Bu məhlədə yalnız 1 sinaqoq olurdu və həyat tərzi ravvinlər tərəfindən tənzimlənirdi. Belə kiçik ərazidə yaşayış isə antisanitar vəziyyətin yaranmasına səbəb olurdu. Yəhudilər xristian bayramlarının qeyd olunduğu günlərdə və gecələr qetto-nu tərk edə bilməzdi. Qetto-ların darvazalarını isə xristian keşikçilər qoruyurdu. Avropanın əksər şəhərərində bu cür qetto-lar mövcud idi. 1939-1945-ciillərdə isə yəhudilər üçün daha ağır bir dövr başladı. Şərqi Avropanı işğal edən faşistlər yəhudiərə qarşı olduqca amansız davranırdılar. İlk qettolar-dan birini almanlar Polşada yaratdılar. Varşava qettosu yəhudilər üçün əsil cəhənnəmi xatırladırdı. 1939-cu ildə Polşani işğal edən nasistlər ilk gündən yerli sakinlər arasında antisemmitizmin yayılmasına nail oldular. Həmin vaxtlar Polşada 400 mindən çox yəhudi yaşayırdı. Faşistlər yəhudilərin işləməməsi üçün onları iş yerlərindən qovurdu, yəhudilər ictimai nəqliyyatdan istifadə edə bilməzdi. Onların uşaqları məktəblərdən qovulurdu, yəhudilər konsertə və teatra da gedə bilməzdi. Beləliklə, yəhudilər Polşada cəmiyyətdən təcrid olunurdu. Küçələrdə şəkildə gördüyünüz kimi yəhudiləri saçları və saqqalları kəsilərək təhqir edilrdi:

Qettolar nə üçün və harada yarandı?


Yəhudilər tezliklə milli kimlikləri ilə fərqlənmək üçün nasistlərin əmri ilə sarı rəngdə olan David ulduzlu nişanlar taxmalı oldular.



Onların mal-mülkləri isə almanlar tərəfindən mənimsənilirdi. Həmin vaxtlar yəhudiləri qorxuda saxlamaq üçün hər gün onlarla yəhudi öldürülürdü. Sağ qalanları isə daha dəhşətli gələcək gözləyirdi... Aclıq, xəstəliklər və ölüm düşərgələri... 1940-cı ildə Polşada yəhudilər üçün ilk qetto yaradıldı. Aylar sonra hər şeydən məhrum olan yəhuid uşaqlar küçələrdə yemək üçün bu şəkildə dilənməyə məcbur olurdu:









Küçələrdə hər gün aclıq və xəstəlikdən onlarla yəhudi ölürdü:











Bütün bunlara baxmayaraq, yəhudilər ağır şəraitdə öz məktəb və sinaqoqlarından istifadə edirdilər. Vəziyyət isə dözülməz idi. Bir qədər sonra difteriya və tif xəstəlikləri getto-da yaşayanların həyatını cəhənnəmə çevirdi. Küçələrdə tez-tez işləmək bacarığı olan kişiləri almanlar özləri ilə aparırdılar. Onları yaxınlıqdakı əsir düşərgələrinə işləmək üçün aparırdılar.



1942-ci ildə Hitler Almaniyası “yəhudi problemi”nin həllini tapmışdı. “Yəhudilər tam məhv olmalıdır”. Bu fikir Hitlərə məxsus idi. Həmin ilə qədər isə artıq 300 min yəhudi “Osvensim”, “Treblenka”, “Sobibor” kimi ölüm düşərgələrinə yola salındı. Həmin dövürdə 20 min yəhudi isə qetto-dan qaçaraq gizlənə bilmişdi. 1943-cü ildə isə qetto-da 60 mindən artıq yəhudinin olduğu bildirilirdi. Onlar isə artıq antifaşist hərəkatına başlamışdılar. David Appelbaum, Pavel Frenkel, Lion Rodal, Mixael Strikovskiy, David Vdvoinskiy bu hərəkata liderlik edirdilər.





1943-cü ilin 18 yanvarında almanlar qettoya hücum etdi. Ancaq bu dəfə yəhudi partizanların güclü, silahlı müqaviməti ilə qarşılaşdı. Həmin ilin aprelində qetto yenidən almanların hücumuna məruz qaldı. Küçələrdə döyüşlər gedirdi. Aprelin 22-də almanların yüzlərlə meyidi və bir vurulmuş tankıqetto küçələrinin birində qalmışdı.



16 maya qədər davam edən bu döyüşlərdə alman mənbələrinə görə 13 min yəhudi öldürülmüşdü. Almanlar tərəfindən yandırılan evlərdə 6 min insan həlak oldu. Onlardan bəziləri yanğından xilas olmaq üçün özünü pəncərdən çölə atmalı olurdu. Bəziləri isə yeraltı tunellər və kanalizasiya sistemi vasitəsilə qaçmaq istəyir. Bu zaman isə almanlar çıxış yollarını bağlayaraq, daha sonra yeraltına zəhərli qaz buraxır. Bir neçə gün sonra Polşa kanalizasiya sistemində çalışan işçilər dəhşətli hadisənin şahidi olur. Yüzlərlə insan yeraltında boğularaq tapılır. Qetto-dakı üsyan yatırıldıqdan sonra sağ qalan 15 min yəhudi isə ölüm düşərgələrinə yola salınır. 1945-ci ilin yanvarında Sovet Ordusu Varşavanı alanda orda cəmi 200 yəhudi vardı. Onlar illərlə gizli yollar və qetto-nun xarabalıqlarında yaşamaq uğrunda mübarizə apararaq sağ qala bilmişdilər.













NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45