“Hababam sinfi”nin məşhur aktyoru vəfat etdi
“Yeşilçam”ın tanınmış aktyoru Münir Özkul 93 yaşında İstanbuldakı evində vəfat edib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Münir Özkul uzun illərdir xroniki ağciyər və demansiya xəstəliyi ilə mübarizə aparırdı.
O, “Hababam Sinfi” filmində Mahmud hoca rolu ilə tanınırdı.