Qənirə Paşayevanın Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsi təklifinə Tokat bələdiyyə başçısından dəstək


Qənirə Paşayevanın Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsi təklifinə Tokat bələdiyyə başçısından dəstək


Azərbaycan - Türkiyə əlaqələri ilə bağlı "Bir Millət, iki Dövlət" adlı konfransda və Tokat 2-ci Kitab Fuarında iştirak etmək üçün Türkiyənin Tokat vilayətində səfərdə olan millət vəkili Qənirə Paşayeva Tokat bələdiyyə başqanı Av. Eyüp Eroğlu ilə görüşüb.



Tokat bələdiyyə başqanı Av. Eyüp Eroğluna bu il keçirdikləri Kitab Fuarında əsas mövzunun Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr etmələri üçün təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva bu, əsl qardaşlıq addımıdır deyib. Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə təbrik edən və Azərbaycanı çox sevdiyini deyən Tokat bələdiyyə başçısı Av. Eyüp Eroğlu qardaş Azərbaycan üçün əlamətdar olan bir günü Türkiyədə də qeyd etməyimiz borcumuzdur deyib. Millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və Tokatın mərkəzi parklarından birinə Qarabağ adının verilməsi və Şəhidlər abidəsinin açılması təklifini irəli sürüb və Tokat bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən, daşnak erməni dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətində dəstəyə gəlməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından, onların arasında Tokatdan da olan dədələrimizdən danışan millət vəkili Q.Paşayeva onların adları qeyd edilən xatirə lövhələrinin Qarabağ parkında və Şəhidlər Abidəsində qoyulmasının gənc nəsillərimizə onların daha geniş tanıdılmasının vacibliyindən danışıb. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Tokatın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Tokat bələdiyyə başçısı Av. Eyüp Eroğlu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiyini deyib. Tokat bələdiyyə başçısı Av. Eyüp Eroğlu həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman qardaş Azərbaycanın yanında olduqlarını qeyd etdi. Millət vəkili Qənirə Paşayevanın Tokatda Qarabağ parkı və Şəhidlər abidəsi ilə bağlı təklifini müsbət qiymətləndirdiyini bildirən Tokat bələdiyyə başçısı bu təklifə baxılacağını deyib və yaxın zamanlarda Tokatda Qarabağ parkının və Şəhidlər abidəsinin açılacağını və həmin açılış mərasimlərində millət vəkili Q.Paşayevanı görməyə çox şad olarıq dedi.

Millət vəkili Q.Paşayeva bu yaxınlarda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyədə STAR neft emalı zavodunun açılışından danışaraq Azərbaycanın xaricdə ən böyük sərmayəsini məhz qardaş Türkiyəyə qoyulmasının iki qardaş ölkə arasında qardaşlığın əsl örnəyidir deyib. STAR meqalayihənin açılışında Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarına xüsusi toxunan millət vəkili bunun dosta da, düşmənə də mesaj olduğunu dedi. Azərbaycanı çox sevdiyini deyən Tokat bələdiyyə başqanı Av. Eyüp Eroğlu ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Tokat bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Tokat bələdiyyə başqanı Av. Eyüp Eroğlu dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.

Millət vəkili Q.Paşayevanın Tokat bələdiyyə başqanı ilə görüş videosunun linkini burdan izləyə bilərsiniz.



Qənirə Paşayevanın Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsi təklifinə Tokat bələdiyyə başçısından dəstək
Qənirə Paşayevanın Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsi təklifinə Tokat bələdiyyə başçısından dəstək
Qənirə Paşayevanın Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsi təklifinə Tokat bələdiyyə başçısından dəstək
Qənirə Paşayevanın Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsi təklifinə Tokat bələdiyyə başçısından dəstək



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45