Çavuşoğludan Azərbaycan və Ermənistanın yeni dəhliz layihələri ilə bağlı açıqlama


“Ermənistan və Azərbaycan nəqliyyat və enerji dəhlizi layihələri üzərində işləyir. Türkiyə bunu dəstəkləyir”.


“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dilə gətirib.

XİN rəhbərinin sözlərinə görə, Qafqazda Azırbaycanın 30 illik işğaldan sonra torpaqlarını geri alması ilə sabitlik, rifah və sülh üçün fürsət yaranıb.

“Türk Şurasına böyük maraq var. Şura get-gedə daha əlaqəli, görünən və təsirli bir regional təşkilata çevrilir. Başqa təşkilatların və ölkələrin Şuraya müşahidəçi və ya başqa statuslar altında necə daxil edilməsi ilə bağlı meyarları müəyyənləşdirməyə çalışırıq”, - M.Çavuşoğlu əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu