Rusiya, İran və Çin avtoritar güclər ittifaqının üzvləridir - Stoltenberq


NATO-nun baş katibi Yens Stoltenberq BBC-yə müsahibəsində deyib ki, Qərbin düşmənləri Rusiya, İran və Çinin daxil olduğu avtoritar güclərin ittifaqı çərçivəsində daha sıx əməkdaşlıq edirlər.


Stoltenberqin sözlərinə görə, onun adını çəkdiyi “avtoritar alyansın” üzvləri bir-birlərinə getdikcə koordinasiya olunmuş praktiki dəstək verirlər.

NATO-nun baş katibinin sözlərinə görə, bu vəziyyət avtoritar alyansa qarşı çıxmaq üçün təkcə NATO-ya üzv ölkələrin deyil, həm də Hind-Sakit okean tərəfdaş ölkələrinin birgə işinə ehtiyacı daha da vacib edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu