“Heç kim qardaşlığımıza zərər yetirə bilməz”- Binəli Yıldırım

Xəbərin çap versiyası
Tarix: 14-03-2018, 17:39    |    Xəbər oxunub: 777 dəfə
“Heç kim qardaşlığımıza zərər yetirə bilməz”-

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan ilə Türkiyə arasında əlaqələrin eyni tarixi, mədəni, dini, mənəvi köklərə əsaslanaraq dostluq, qardaşlıq prinsipləri əsasında inkişaf etdiyini deyib. Parlamentlərarası əlaqələrimiz də durmadan inkişaf edir, qanunverici orqanlarımızın nümayəndə heyətləri beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirlər.

Milli Məclisin sədri deyib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir. Heç bir qüvvə bu dostluğu sarsıda bilməz. Yüksək səviyyəli siyasi dialoq iqtisadi əməkdaşlığa da töhfəsini verir. İndiyədək iki ölkə arasında 210-dan çox sənəd imzalanıb. Bütün bunlar dövlətlərarası münasibətlərə müsbət təsir göstərən amillərdir.

Baş nazir Binəli Yıldırım Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrindən danışıb. O qeyd edib ki, Azərbaycanla Türkiyə qlobal layihələrin reallaşmasında birgə iştirak edirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP layihələri buna parlaq misaldır. Azərbaycanı və Türkiyəni sağlam təməllər üzərində elə ortaq dəyərlər birləşdirir ki, heç kim dostluğumuza, qardaşlığımıza zərər yetirə bilməz.(azvision)

AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru

Diqqətinizi çəkə biləcək digər xəbərlər
Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə

Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı-Özgüvən" adlı tədbir keçirildi

Yeni klipini təqdim edən Mələkdən iddialı sözlər:

Yeni klipini təqdim edən Mələkdən iddialı sözlər: Heç vaxt bayağı mahnılar oxumayacam-VİDEO+FOTO

Sabah Lənkəranda içməli suyun verilməsi dayandırılacaq

Sabah Lənkəranda içməli suyun verilməsi dayandırılacaq

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Polşadakı ermənilərdən təxribat:

Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi

Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi-

Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi- VİDEO

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri  təsdiqləndi-

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri təsdiqləndi- SƏRƏNCAM

“Renessans Palace”da payız kampaniyası davam edir

“Renessans Palace”da payız kampaniyası davam edir

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 
Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur