Lavrovun Azərbaycana mesajı: Vasitəçiliyə ehtiyac varmı? - Politoloq


Lavrovun Azərbaycana mesajı: Vasitəçiliyə ehtiyac varmı? -


"Azərbaycan və Ermənistan rəsmilərinin görüşünü təşkil etmək üçün 3 böyük dövlətin vasitəçiliyinə ehtiyac yoxdur”.

Qaynarinfo xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüşündə Bakıya bir mesaj ünvanlayıb:


"Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüşü zamanı deyib ki, Minsk Qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ssenarilər yazmır, Azərbaycanla Ermənistanın öz aralarında danışa bilməsi üçün şərait yaradır (?!). Bu nə cəfəng açıqlamadır. Əgər həmsədlərin səlahiyyəti Lavrovun dediyi kimi yalnız tərəflərin danışması üçün şərait yaratmaqdırsa, onların 25 ildə hazırladıqları müxtəlif həll planları ("mərhələli həll”, "paket həll”, "ümumi dövlət prinsipi” və "Madrid planı”) nədir?
Lavrov bununla yenə Bakıya açıq mesaj göndərir ki, "bizdən münaqişənin həllini gözləməyin”. Siz münaqişənin həll etmək istəmirsinizsə, fəaliyyətiniz nəyə lazımdır? Azərbaycan və Ermənistan rəsmilərinin görüşünü təşkil etmək üçün 3 böyük dövlətin vasitəçiliyinə ehtiyac yoxdur”.

Politoloq qeyd edib ki, Rusiya və Gürcüstan arasında olduğu kimi Azərbaycan və Ermənistan rəsmiləri də ara-sıra İsveçrədə görüşüb fikir mübadiləsi apara bilərlər:

"Bunun üçün həmsədrlərə ehtiyac yoxdur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu