Avropa Məlumat Mühafizəsi Nəzarəti: AB Komissiyası məlumat qaydalarını pozub


Avropa İttifaqının (Aİ) məlumatların qorunması orqanı Aİ Komissiyasının "Microsoft 365" proqram təminatından istifadə edərək İttifaqın məxfilik qaydalarını pozduğunu bildirib.


Aİ qurumlarının şəxsi məlumatları emal edərkən və yeni siyasətlər hazırlayarkən məxfilik və məlumatların qorunması qaydalarına əməl etməsini təmin etməyi hədəfləyən Avropa Məlumatların Qorunması Nəzarətçisi, Aİ Komissiyasının "Microsoft 365" proqram təminatının istifadəsinə dair araşdırmasının tamamlandığını açıqlayıb.

“Aİ Komissiyasının “Microsoft 365” proqramından istifadə etməsi Aİ qurumları və orqanları üçün məlumatların mühafizəsi qanununu pozur”, - deyə məlumatda bildirilir.

Açıqlamada, Komissiyanın şəxsi məlumatların, xüsusən də sözügedən proqram təminatı ilə Aİ hüdudlarından kənara ötürülməsi ilə bağlı qaydaya əməl etmədiyi və ötürülən şəxsi məlumatlara ekvivalent səviyyədə qorunma təmin etmək üçün müvafiq tədbirlərin görülmədiyi qeyd edilib. Eyni zamanda diqqətə çatdırılıb ki, Komissiyanın "Microsoft" ilə müqaviləsində "Microsoft 365"-dən istifadə zamanı hansı növ şəxsi məlumatların toplanacağı və hansı məqsədlər üçün açıq şəkildə göstərilməlidir.

Açıqlamada, AB Komissiyasının məxfilik qaydalarına riayət etmək üçün tədbirlər görməli olduğu vurğulanıb və Komissiyaya AB və ABŞ ilə məxfilik müqaviləsi olmayan şirkət və ölkələrə məlumat ötürülməsini dayandırmaq tapşırıldığı bildirilib.

Kompüter, planşet və telefonlara quraşdırıla bilən "Microsoft 365" "Word", "Excel", "PowerPoint", "Outlook" və "Teams" kimi proqramlara çıxış təmin edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu