Tikintidə yavaş-yavaş dirçəlmə var – usta ilə söhbət


Sənətə Bakıda yiyələnib. Elə Bakıda da qalmaq istəyib, lakin şəxsi işləri ilə bağlı doğulub böyüdüyü Qəbələ rayonuna qayıdaraq orada qalmalı olub.


Budəfəki həmsöhbətimiz Pərviz Həmidovdur. 1974-cü ildə Qəbələ rayonunda doğulub. 1997-ci ildə hərbi xidmətini başa vurduqdan 1 il sonra işləmək üçün paytaxta üz tutub. Burada tikinti sahəsində çalışmağa başlayıb. Böyük obyektlərin tikintisində iştirak edib: “Həm aparıcı olmuşam, həm öz işlərim olub”.

2004-cü ildə Bakıdan Qəbələyə qayıdıb. Hazırda əsasən Qəbələdə işlər götürür. Lakin həmsöhbətimizin sözlərinə görə, hərdən paytaxtda da iş olur, çağırırlar. Yəni keçmişdə Bakıda gördüyü işlər kimlərinsə yadında qalıb, iz buraxıb: “Əslində rayona qayıtmaq fikrim yox idi. Özümə həyətyanı ev tikmək üçün gəldim, sonra burda da işlər çıxdı bir-birinin ardınca, beləliklə qaldım rayonda. İş sarıdan korluq yoxdur”.

Tikintidə santexnik-elektrik işini görür əsasən, amma hörgü və suvaq işini də bacarır: “Usta qardaşlarla da bir yerdə işləyirik. Evləri 0-dan götürür, tam hazır vəziyyətdə tikib təhvil veririk. Norm Ustalar Klubu layihəsinin müəllifləri də sağ olsunlar, bizi cəlb ediblər. Sementi topdan ucuz alırıq, buna görə işimiz də çox olur”.

Fəaliyyəti dövründə dövlət sifarişli işlərdə də çalışıb Pərviz usta. Kənd təsərrüfatı laboratoriyasının tikintisində iştirak edib. Özünün dediyinə görə, bir müddət “Aqrartikinti” ASC-də də çalışıb: “4-5 il orda işləmişəm və həmin müddətdə dövlət sifarişli tikintilərdə iştirak etmişəm. Amma işimin əksəriyyətini briqada ilə icra etmişəm”.

Pandemiya səbəbindən işlərinin müəyyən qədər zəiflədiyini deyən Pərviz usta yavaş-yavaş dirçəlmə olduğunu vurğuladı: “Həm qapanma oldu, həm insanların imkanları zəiflədi. Məsələn, Bakıda evlər vardı, inşaata başladıq, amma koronavirusa görə yarımçıq qaldı. Beləliklə, işimizdə zəiflik yarandı. Amma yanvardan bəri dirçəlmə var, sifarişlər gəlir, başlamışıq işləməyə”.

Pərviz bəyin övladları ali təhsilə meyillidir. Böyük qızı atasının sənətini davam etdirir, Memarlıq və İnşaat Universitetinin 3-cü kurs tələbəsidir. Oğlu 10-cu sinifdə, kiçik qızı isə 9-cu sinifdə oxuyur. Hər ikisi ali təhsil almağa hazırlaşır: “Oğlum bilik yarışlarında iştirak edib, medallarla təltif olunub. Onların təhsili üçün tərəddüdsüz vəsait xərcləyirəm”.

İşğaldan azad edilən Qarabağ torpaqlarında gedən tikinti-quruculuq işlərində iştirak etmək üçün artıq təkliflər almağa başlayıb: “Hələlik maliyyə ayrılmasına dair işlər davam edir, tikinti-quruculuq işlərinə daha sonra başlanılacaq. Qəbələdəki başqa tanınmış ustalara da, mənə də təkliflər gəlib, gözləyirik”.

P.S. Yazı Norm Ustalar Klubu layihəsi çərçivəsində hazırlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45