Papa bütün dünya dinlərini ətraf mühitin məhvinə qarşı birləşməyə çağırıb


Roma Papası I Fransisk deyib ki, bütün dünya dinləri ətraf mühitin "yırtıcı" dağıdılmasına qarşı birləşməlidirlər.


AFN.az-ın xəbərinə görə, bu barədə "Reuters" məlumat yayıb.

86 yaşlı pontifik Dubayda C0P28 iqlim konfransında Faith Pavilyonunun açılışına rəhbərlik etməyi planlaşdırıb, lakin pnevmoniya onu Vatikanda qalmağa məcbur edib.

Papanın mesajını dövlət katibi kardinal Pietro Parolin oxuyub.

"Dinlər bəşəriyyətin vicdanının səsi olaraq bizə xatırladır ki, biz sonsuza ehtiyacı olan fani varlıqlarıq. Həqiqətən fani olduğumuza görə bizim məhdudiyyətlərimiz var və həyatı qorumaq həm də planetimizi məhv edən hər şeyə qadirlik illüziyasına qarşı durmağı tələb edir" - deyə dini rəhbər qeyd edib.

Onun sözlərinə görə, dinlər təcili olaraq ətraf mühit naminə hərəkət etməlidirlər, öz üzvlərini israfçılıq əvəzinə ayıq və qardaş həyat tərzini mənimsəməyə öyrətməli və təbiətin əzəməti haqqında fərdi düşünməyə qayıtmağa çalışmalıdırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu