Bayılda dağılan evlərə görə veriləcək kompensasiyanın məbləği açıqlandı

Xəbərin çap versiyası
Tarix: 16-04-2018, 18:07    |    Xəbər oxunub: 809 dəfə
Bayılda dağılan evlərə görə veriləcək kompensasiyanın məbləği açıqlandı


Səbail rayonu, Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş 6 fərdi yaşayış evində yaşayan vətəndaşlara birdəfəlik maddi yardım verilməsi məqsədilə Baş nazir Artur Rəsizadə tərəfindən Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb.



Bu barədə APA-ya Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məlumat verib.

O qeyd edib ki, sərəncama əsasən, Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ev əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşmüş, ümumi sahəsi 306 kvadrat metr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.

Qeyd olunan vəsait Səbail Rayon İcra Hakimiyyəti tərəfindən ailə başçılarının bank hesablarına 3 gün müddətində köçürüləcək.

Həmin 6 fərdi yaşayış evinin tam sökülməsi də Səbail RİH-ə həvalə olunub.

Qeyd edək ki, fevralda Bayılda sürüşmənin aktivləşməsi nəticəsində ərazidəki 6 evə ziyan dəyib, 90-dan çox evin sakini ərazidən köçürülüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Quba-Xınalıq yolu bağlanıb, 7 kəndlə əlaqə kəsilib

Quba-Xınalıq yolu bağlanıb, 7 kəndlə əlaqə kəsilib

Gələn aydan uşaq pulu veriləcəyi barədə məlumat yalandır-

Gələn aydan uşaq pulu veriləcəyi barədə məlumat yalandır- ƏƏSMN rəsmisi

Bakı Avtovağzalından 4 gündə 60 minə yaxın sərnişin daşınıb

Bakı Avtovağzalından 4 gündə 60 minə yaxın sərnişin daşınıb

Sabah Bakıda çiskin olacaq

Sabah Bakıda çiskin olacaq

Vergilər Nazirliyi

Vergilər Nazirliyi "Veysəloğlu"nu cərimələdi- Şirkətdən etiraz: "Cərimə əsassızdır..."

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Azərbaycan millisi Xorvatiyaya qarşı

Azərbaycan millisi Xorvatiyaya qarşı

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutulub

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutulub

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Qənirə Paşayeva “DOST Xonçası” qoşulub-

Qənirə Paşayeva “DOST Xonçası” qoşulub- FOTOLAR

Polis rəisi marşurutları cərimə meydançasına doldurdu-

Polis rəisi marşurutları cərimə meydançasına doldurdu- Narazılıq böyüyür

"Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu" mövzusunda müzakirələr aparılıb- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur