Qənirə Paşayeva “Müasir Azərbaycan Qadını – 4 ” layihəsi çərçivəsində Bərdədə qadınlara çağırış edib- FOTOLAR


Qənirə Paşayeva “Müasir Azərbaycan Qadını – 4 ” layihəsi çərçivəsində Bərdədə qadınlara çağırış edib-


Bərdə şəhəri Mədəniyyət Mərkəzində “Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin dəstəyi ilə Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi tərəfindən təşkil edilən “Müasir Azərbaycan Qadını – 4 ” layihəsinin bağlanış mərasimində çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, tariximizi, Qarabağ həqiqətlərini, 20-ci əsrin əvvəlində və sonunda ermənilərin xalqıımıza qarşı törətdiyi dəhşətli soyqırımları evlərimizdən, məktəblərimizdən başlayaraq uşaqlarımıza dərindən öyrətməliyik, ziyalı qadınlarımız gənc nəsillərdə dövlətçilik ruhunun güclənməsi istiqamətində bölgələrimizdə daha da fəal çalışmalıdır.



Dövlətçiliyimizin və müstəqilliyimizin qorunması və inkişafında qadınlarımız fəallağını daha da artırmalıdır deyən millət vəkili bizim üçün əsas məsələ torpaqlarımızın işğaldan azad edilməsidir deyib. Torpaqlarımızın işğaldan azad edilməsi üçün hər kəs Ali Baş Komandanımızın ətrafında sıx birləşməlidir və mən inanıram ki, biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik. Şəhidlərimizin və şəhid ailələrimizin qarşısında hər zaman baş əyirik deyən millət vəkili Q.Paşayeva tədbirdə təkliflə çıxış edərək bütün fəal qadınları, işgüzar xanımları, qadın təşkilatlarının həftədə bir şəhid, müharizə əlili və ya veteranı, məcburi köçkün ailəsinə, ailə başçısı itirmiş və uşaqları ilə çətin vəziyyətdə qalmış analara baş çəkməyə, qayğı və problemləri ilə maraqlanmağa çağırıb. Millət vəkilinin təklifi qadınlar tərəfindən tam dəstəklənib. Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə danışıb və görülən işlərdə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın böyük xidmətlərini xüsusi vurğulayıb. Azərbaycanda qadınlara seçki hüququnun hələ 1918-ci ildə verildiyini qeyd edən Milli Məclisin üzvü Qənirə Paşayeva bununla Azərbaycanın nəinki Şərqdə, həm də dünyanın bir sıra ölkələri ilə müqayisədə qadınlara seçib-seçilmək hüququ verən ilk dövlətlərdən biri olduğunu söyləyib. Millət vəkili bildirib ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülürsə, orada daha çox uğurlar var. Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır. Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib. O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır. Qadınlara qarşı zorakılığın ən böyük insan haqları pozuntularından olduğunu deyən millət vəkili Qənirə Paşayeva “biz qadınların məişət zorakılığı da daxil olmaqla məruz qaldığı bütün növ zorakılıqlara qarşı mübarizəmizi daha da artırmalıyıq, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq”-, dedi. Dünyanın hər yerində bu kimi halların olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanın da sivil, inkişaf edən ölkələrdən biri olaraq bu mənfi hallara qarşı mübarizə aparan ölkələrdən biri olduğunu, bu istiqamətdə qanunların qəbul olunduğunu və işlərin getdikcə daha da sürətləndiyini deyib. “Gender bərabərliyi məsələsinə diqqətimizi daha da artırmalıyıq. Ailələrdən, məktəblərdən başlamalıyıq maarifləndirməyə, uşaqları bu istiqamətdə öyrətməyə, tərbiyə etməyə. Dövlət qurumları, Qeyri-hökumət Təşkilatları, Mətbuat və Media bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik, “-millət vəkili Qənirə Paşayeva belə deyib. “Ailələrimizdə böyüyən uşaqlar bu ruhda tərbiyə edilməlidir. Uşaqlarımız qadına qarşı zorakılıq ən böyük insan haqları pozuntusudur deyə tərbiyə edilməlidir. Kişilər öz ailələrindən, evlərindən başlamalıdır bu nəcib işə – həyat yoldaşlarına qarşı bu cür hallara yol verməməklə… Biz hamımız öz ətrafımızdan başlamalıyıq. Ailələrdən başlamalıyıq… Bağçalardan, məktəblərdən başlamalıyıq maariflənirməyə, uşaqları bu istiqamətdə öyrətməyə, tərbiyə etməyə. Biz ətrafımızda baş verən bu cür mənfi hallara qarşı laqeyid və duyarsız olmamalıyıq və hər yerdə bu kimi hallara qarşı öz münasibətimizi bildirməliyik”, – deyə millət vəkili Qənirə Paşayeva qeyd edib. Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçdiyini vurğulayan millət vəkili bildirib ki, zorakılığa məruz qalan qadınların əksəriyyətini təhsilsiz qadınlar təşkil edir: “Unutmamalıyıq ki, zorakılığa məruz qalan qadınlar arasında savadsız, təhsilsiz, heç bir peşənin sahibi olmayan, iqtisadi baxımdan özünü idarə edə bilməyənlər, öz hüquqlarını bilməyən qadınlar əksəriyyət təşkil edir, Savadlı cəmiyyət savadlı anadan keçir. Çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə zorakılığın müxtəlif növlərindən əziyyət çəkən qadınların sayı artır. İnsan alveri qurbanlarının əksəriyyətini qadınlar təşkil edir. Bundan başqa bu gün geniş yayılmış qadınlara qarşı məişət zorakılığı ilə mübarizə sahəsində də fəaliyyətimizi daha da gücləndirməyə ciddi ehtiyac var. Q.Paşayeva qadınları maraqlandıran sualları da cavablandırıb. Bağlanış mərasimində “Loqos” PNİM-nin rəhbəri və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, Bərdə şəhər İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya , Milli Məclisin deputatı Qənirə Paşayeva, “Loqos”un baş psixoloqu Elmira Mirzəyeva və “Müasir Azərbaycan Qadını – 4” layihəsinə qatılan qadınlar iştirak ediblər və çıxış edərək bu cür layihənin, aparılan müzakirələrin vacibliyi və faydalılığı ilə bağlı fikirlərini bölüşüblər. Millət vəkili Q.Paşayevanın və “Loqos” PNİM-nin rəhbəri T.Məmmədovanın dəvətilə tədbirdə iştirak edən məşhur “Ah Qarabağ” əsərinin müəllifi Hilal Başkal çıxış edib, qardaş Türkiyə adından hər kəsi salamlayıb, "bir millət, iki dövlətik" deyib və inşallah bayraqlarımızı birlikdə işğaldan azad edəcəyimiz torpaqlarımızda asacayıq deyib və "Ah Qarabağ" və vətənpərvərlik ruhunda bir sıra əsərlərini ifa edib. Tədbirdə xalq artisti Mələkxanım Əyyubova da çıxış edib.

Qənirə Paşayeva “Müasir Azərbaycan Qadını – 4 ” layihəsi çərçivəsində Bərdədə qadınlara çağırış edib-


Qənirə Paşayeva “Müasir Azərbaycan Qadını – 4 ” layihəsi çərçivəsində Bərdədə qadınlara çağırış edib-

Qənirə Paşayeva “Müasir Azərbaycan Qadını – 4 ” layihəsi çərçivəsində Bərdədə qadınlara çağırış edib-

Qənirə Paşayeva “Müasir Azərbaycan Qadını – 4 ” layihəsi çərçivəsində Bərdədə qadınlara çağırış edib-


Qənirə Paşayeva “Müasir Azərbaycan Qadını – 4 ” layihəsi çərçivəsində Bərdədə qadınlara çağırış edib-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45