Magistraturaya sənəd qəbulu başa çatdı: 19 mindən çox ərizə təsdiqlənib


2021/2022-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başa çatıb.



“Report” xəbər verir ki, 19 764 nəfər ərizəsini təsdiq edib.

Onlardan 18 026 nəfəri Azərbaycan, 1 738 nəfər isə rus bölməsi üzrədir.

Xatırladaq ki, magistraturaya sənəd qəbulunun vaxtı bu gün səhər saat 10.00-a qədər uzadılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu