Ali məktəblərə sənəd qəbulunun müddəti uzadıldı


2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə ərizə qəbulunun vaxtı martın 18-i saat 11:00-dək uzadılıb.


Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 16:50-yə olan məlumata əsasən, 94 323 nəfər ərizəsini təsdiq edib.

Qeyd edək ki, ərizə qəbulunun müddəti bu gün saat 23:59-da başa çatmalı idi. Sənəd qəbuluna aprelin 4-dən başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu