Bu il Bakı-Şamaxı yolunda yeni dairə istifadəyə veriləcək


2020-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tıxacları aradan qaldırmaq üçün Bakıdakı “20 Yanvar dairəsi”ni yenidən qurub.



AFN xəbər verir ki, bunu qurumun sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr" mövzusunda brifinqdə bildirib.

“Bu işlərin tərkib hissəsi kimi “20 Yanvar dairəsi”ndə yeni piyada keçidi istifadəyə verilib. Bundan əlavə, ötən il Bakı-Sumqayıt yolu genişləndirilib. İlk dəfə bu istiqamətdə asma körpü istifadəyə verilib. Bu il isə Bakı-Şamaxı yolunda “Coca-Cola dairəsi”ni istifadəyə verəcəyik”, - o əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu