“O yolu istifadəyə verəcəyik ki, əhali sülhməramlıların baxışı olmadan getsin” - ASC sədri


"Tarixən Ermənistandan Azərbaycanın rayonlarına gedən avtomobil yolu Laçın şəhərinin mərkəzindən keçib. Hazırda da Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqəsinin olması üçün həmin yol istifadəyə verilib. Həmin yol Laçın dəhlizi deyil, Azərbaycanın tarixi yoludur".


Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov peşə bayramı münasibətilə tədbirdə deyib. Onun sözlərinə görə, Azərbaycan əhalisinin birbaşa hərəkətini təmin etmək üçün Laçın şəhərindən yan keçən avtomobil yolu çəkilir:

"Hazırda ermənilər Laçın şəhərinə daxil olaraq hərəkət edirlər. Laçından keçmədən çəkilən alternativ yoldan həm ermənilər, həm də bizim öz sakinlərimiz istifadə edəcək. Həmin yol Laçının 6 kəndini birləşdirəcək. Tezliklə o yolu istifadəyə verəcəyik ki, əhali öz ərazilərimizə sülhməramlıların baxışı olmadan getsin.

Sözügedən alternativ 28 km olan yolun artıq 17 km-i çəkilib, Həkəri çayı üzərində bir körpü də tikilib. Bu ilin yay aylarına qədər istifadəyə veriləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu