Ermənistan ikinci Rusiya hərbi bazasını yaratmağı planlaşdırmır


"Ermənistan ölkədə ikinci Rusiya hərbi bazasına ehtiyac görmür".



“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan bildirib.

“Rusiya Silahlı Qüvvələrinin respublika ərazisində əlavə hərbi birləşməsinin yerləşdirilməsinə ehtiyac yoxdur. Üstəlik, dövlətlərimiz arasında hazırda mövcud olan normativ hüquqi baza da yalnız bir Rusiya bazasının fəaliyyətinin statusunu müəyyənləşdirir və tənzimləyir”, - o deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu