Moskvada Rusiya və Ermənistanın Baş Qərargah rəislərinin görüşü oldu


Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Moskvada Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyanla görüşüb.



AFN xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Danışıqlar nümayəndə heyətləri səviyyəsində baş tutub. Görüşdə hərbi sahədə Rusiya-Ermənistan əməkdaşlığı daxil olmaqla, bir sıra məsələlər müzakirə olunub.

Qeyd edək ki, bu, Rusiya və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəislərinin aprel ayı ərzində ikinci görüşüdür. Onlar aprelin 14-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi komitəsinin iclasında da bir araya gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu