AŞPA həmməruzəçiləri: “Ermənistandakı hadisələrdən çox narahatıq”


“Ermənistandakı son hadisələrdən çox narahatıq”.

AFN-in xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Ermənistan üzrə həmməruzəçiləri Boriana Aberq (İsveç) və Kimmo Kilyunen (Finlandiya) deyib.

“Xüsusilə də silahlı qüvvələrin Baş Qərargahının dünən yaydığı, demokratik yolla seçilmiş bir hökumətin istefası çağırışını qəbuledilməz hesab edirik. Bütün siyasi qüvvələri və oyunçuları demokratik prinsiplərə və Ermənistan konstitusiyasına tam hörmət etməyə və mövcud vəziyyətin de-eskalasiyası üçün dərhal bütün lazımi addımları atmağa çağırırıq.

Ermənistan çox çətin bir mərhələdən keçir və üzləşdiyi siyasi böhranı həll etmək üçün müvafiq tərəflərin daha çox təmkininə, müdrikliyinə və demokratik prinsiplərə sarsılmaz dəstəyinə ehtiyac duyur”, - deyə Ermənistan üzrə həmməruzəçilərin birgə bəyanatında qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu