AŞPA məruzəçisi Azərbaycan və Ermənistanı atəşkəs rejiminə əməl etməyə çağırıb


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin üzvü, “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda hazırlanacaq hesabatın məruzəçisi Pol Qavan Azərbaycan və Ermənistanı atəşkəs rejiminə əməl etməyə çağırıb.


APA-nın xəbərinə görə, bu barədə AŞPA-nın rəsmi saytında bildirilib.

Pol Qavan hər iki ölkənin rəhbərliyini de-eskalasiyaya və atəşkəsə hörmət etməyə çağırıb.

"Təəssüf ki, bu ilin may-iyul aylarında insidentlərdə davamlı artım olub və bu insidentlər yaralanma, tələfatların qeydə alındığı yeni bir səviyyəyə çatıb, bu da məni çox narahat edir.

Hər iki tərəf mənimlə təmasda olub, bu da onların vəziyyətin pisləşməsinin qarşısını almaq istədiklərini göstərir. Sərhədin hər tərəfindəki fərdlərin həyatına təsir edən uzun müddətdir davam edən humanitar problemlər şiddət dayanmadığı təqdirdə həll oluna bilməz. Bütün tərəfləri sülh və barışıq yaratmaq üçün məsuliyyət və təmkin göstərməyə çağırıram. Ümid edirəm ki, hər iki ölkə vəziyyəti daha da pisləşdirə biləcək addımlardan qaçacaq. Biz bu davam edən münaqişə mərhələsindən uzaq olmalıyıq", -deyə AŞPA məruzəçisi vurğulayıb.

AŞPA məruzəçisi "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" mövzusunda məruzəsini Parlament Assambleyasının növbəti plenar iclasında (27 sentyabr - 1 oktyabr) təqdim etməyi planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu