AŞPA məruzəçisi Laçın yoluna səfər etmək istəyir


AŞPA-nın Laçın yolundakı vəziyyətə dair məruzəçisi, irlandiyalı deputat Pol Qavan bu gün bəyanat yayaraq əraziyə səfər etmək istədiyini açıqlayıb.


O bildirib ki, hər iki tərəf regionda artan gərginliyin qarşısının alınmasına töhfə verməlidir.

“Vəziyyətlə bağlı hesabatım gecikmədən hazırlanmalıdır. Mayın son həftəsində Ermənistan və Azərbaycana, o cümlədən sözügedən regiona səfər etmək niyyətindəyəm”, - deyə Qavan vurğulayıb.
AŞPA məruzəçisi məqsədinin ədalətli, dəqiq və dürüst hesabat hazırlamaq olduğunu qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu