AŞ PA məruzəçisi Azərbaycanı təqdir edib


AŞPA-nın Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri üzrə məruzəçisi Pol Qavan 15 erməni əsirin sərbəst buraxılması və Ağdam rayonunda 100 minə yaxın minanın əks olunduğu xəritənin Azərbaycana təhvil verilməsi xəbərini alqışlayıb.


O, ötən il altı həftə davam edən müharibənin humanitar nəticələrini azaltmaq üçün addımlar atılmasının son dərəcə vacib olduğunu bildirib.

Məruzəçi hər iki tərəfi müxtəlif beynəlxalq aktyorların köməyi və dəstəyilə müharibənin ağır nəticələrin aradan qaldırılması üçün səylərini bundan sonra da davam etdirməyə çağırıb.

Qeyd edək ki, P.Gavan 2021-ci ilin mayında Ermənistana səfər edib. O, yaxın vaxtlarda Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri barədə hesabatını tamamlamaq üçün Azərbaycana səfər etməyi planlaşdırır.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu