Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Türkan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Ağayev İlqar Vaqif oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ bazu sümüyünün əziyi diaqnozu qoyulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu