Abşeronda 22 yaşlı gənc yol qəzasında xəsarət aldı
"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Hüseynov Rahil Bəxtiyar oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.